XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2019 - 10:15

Nazirlər Kabinetinin İşlər müdiri və Baş Nazirin köməkçiləri vəzifədən azad edildi –Əli Əsədovun müvafiq sərəncamı ilə

Nazirlər Kabinetinin İşlər müdiri və Baş Nazirin köməkçiləri vəzifəsindən azad edilib.

Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov vəzifəsindən azad olunub.

Baş Nazir Ə.Əsədovun digər sərəncamları ilə dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikası Baş Nazirinin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov tutduqları vəzifədən azad ediliblər.

Həmin vəzifələrə hələ ki yeni təyinat olmayıb. /APA