XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2019 - 15:41

“Ərdoğanın Putinə dediyi kimi, əgər Rusiya səylərini artırsa, Qarabağ münaqişəsini həll edə bilər” –Çavuşoğlu

“Son zamanlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlarından narahatıq və bunu açıq şəkildə bəyan etmişik”.

Bunu Azərbaycanda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən gələni edəcəyik. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan nə vaxt Rusiya Prezidenti Vladimir Putinlə görüşsə, Qarabağ məsələsini müzakirə edir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin işi nəticə vermədikdə, Türkiyə Prezidenti rusiyalı həmkarına dolayısı ilə bu münaqişəni Rusiyanın həll edə biləcəyini vurğulayıb. Düzdür, sonuncu Soçi görüşündə bu məsələ gündəmdə olmayıb. Azərbaycanın ərazi bütövlüyü sülh yolu və beynəlxalq təşkilatların qərarları əsasında həll edilməlidir. Biz münaqişənin həll edilməsi üçün səylərimizi artıracağıq. Cənab Ərdoğanın da Putinə dediyi kimi Rusiya səylərini artırsa, bu problemi həll edə bilər. Bu, Ermənistanın da xeyrinə olar. Çünki onlar regiondan təcrid olunublar”, – deyə Türkiyə XİN başçısı vurğulayıb. (APA)