XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2019 - 15:45

Mehriban Əliyeva Bakıdakı Zirvə Görüşündən yazdı:"Əminəm ki, öz fəaliyyətini məhz bu prinsiplər..."

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü ilə bağlı paylaşım edib.

Strateq.az xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: “Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər – əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək”.