İran neftini dollarla deyil, avro ilə satmaq niyyətindədir. Bu barədə İranın Milli Neft Şirkətindəki (NIOC) mənbələrə istindadən "Reuters" məlumat yayıb.
Söhbət Fransanın Total şirkəti, İspaniyanın Cepsa neft-kimya korporasiyası və Lukoyl-ın treyder şöbəsi olan Litasco ilə razılaşmalardan gedir. Həmçinin İran sanksiyalara məruz qalan aktivlərini də bu valyuta ilə almaq istəyir. Beləliklə, Tehran ABŞ valyutasından asılılığı azaltmaq istəyir.(azadlıq.info)