XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2019 - 16:54

Gümrüdəki Rusiya hərbi bazasının komandiri Sergey Şoyquya məruzə etdi: "Ermənistandakı hərbi gücümüz iki dəfəyədək artırılacaq"

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102 nömrəli hərbi bazası müasir silah və texnika ilə təchiz olunacaq və potensial gücü iki dəfəyədək artırılacaq.

“İnterfax” xəbər verir ki, bu barədə bazanın komandiri, polkovnik Nikolay Martıniuk Ermənistana səfəri çərçivəsində bazanı təftiş edən Rusiyanın müdafiə naziri Sergey Şoyquya məruzəsində bildirib.

Həmçinin bazanın maddi ehtiyatlar, texnika və silahlarla tam həcmdə təmin olunduğunu qeyd edən Rusiya Cənub Hərbi Dairəsinin qərargah rəisi Sergey Kuzovlev mövcud poliqon infrastrukturu şəraitində təlim də daxil olmaqla bütün növ döyüş hazırlıqları üçün əlverişli olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 1995-ci ildə yaradılan sözügedən baza Gümrüdə və Yerevanda yerləşən iki qarnizona malikdir/Report.