XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

29 Oktyabr 2019 - 19:40

“Şöhrət” ordeni, “Xalq artisti”… –Prezident Dram Teatrının əməkdaşlarını təltif etdi + TAM SİYAHI

Prezident İlham Əliyev bu gün bir neçə sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsaəsn, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Dadaşov Rafael Məlik oğlu

Quliyev Nurəddin Əzulla oğlu

Məlik Ramiz Ağarza oğlu

“Tərəqqi” medalı ilə

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Atakişiyeva Mətanət Ağazair qızı

Əliyeva Münəvvər Sabir qızı

Həsənov Rafael Vaqif oğlu

Hüseynov Fizuli İsmət oğlu

Quliyev Elxan Əli Bala oğlu

Məmmədov Elnur Mehrəli oğlu

Məmmədov Hacıbaba İsmayıl oğlu.

***

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Xalq artisti”

Abdullayev Kyazım Ənvər oğlu

Nurzadə Əli Qayıb oğlu

“Əməkdar artist”

Abdullayev Mətləb Fətəli oğlu

Babayeva Əminə Ağahüseyn qızı

Bəxtiyarov Rəşad Bəhram oğlu

Qarayev Elnar Cəfər oğlu.

***

Prezidentin daha bir sərəncamı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Cəfərova Bəsti Əli qızı

Əsədova Məleykə Əlifağa qızı

Mustafayeva Laləzar Bəşir qızı

Novruz Ramiz Qəvvam oğlu.