XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2019 - 14:20

“Səfirliyə heç kəs buraxılmayacaq” –İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

İsrailin Azərbaycandakı səfirliyi diplomatik nümayəndəliklərə vəsait ayrılma sisteminin dəyişdirilməsinə dair ölkəsinin Maliyyə Nazirliyinin qərarına qarşı etiraz tətilinə başlayıb.

Bu barədə səfirliyin açıqlamasında deyilir.

Bildirilir ki, İsrail Maliyyə Nazirliyinin baş direktoru tərəfindən razılaşdırılaraq, 2019-cu ilin 21 iyul tarixində imzalanmış razılaşmaların Maliyyə Nazirliyi tərəfindən pozularaq protokola zidd olan birtərəfli prosedur tətbiq etmək qərarına görə, biz diplomatik nümayəndəliyimizi bağlamağa məcbur olduq: “Konsulluq xidmətləri göstərilmir, səfirliyə heç kəs buraxılmayacaq… Təəssüf ki, Maliyyə Nazirliyinin bu qərarı bizə yuxarıda göstərilən addımlardan başqa, hər hansı yol qoymayıb. Çünki İsrail Dövlətinin həyati mənafeyinə ziyan vurulub. Bu böhranın yaxın vaxtlarda həllini tapacağına ümidvarıq”.

Xatırladaq ki, İsrailin dünya ölkələrindəki diplomatik nümayəndəlikləri oktyabrın 30-dan Maliyyə Nazirliyinin sözügedən qərarına qarşı etiraz tətilinə başlayıb. /Report