XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 17:38

PA-nın YENİ RƏHBƏRİ:“Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir”.

Bunu Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

S. Nuriyev ona göstərilən bu yüksək etimada görə Prezidentə öz dərin minnətdarlığını bildirib: “Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.