XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2019 - 14:53

MAQATE-nin qadın mütəxəssisi İrandan qovuldu –Şok səbəb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmi Tehranın dəvəti ilə İrana gələn mütəxəssislərindən biri ölkədən çıxarılıb.

İRNA agentliyi xəbər verir ki, MAQATE-nin qadın mütəxəssisi Natanzdakı nüvə obyektinə daxil olarkən onun üzərində şübhəli əşyalar aşkar edilib. Mühafizəçilər bu barədə rəhbərliyə xəbər veriblər. Qadın mütəxəssis həmin əşyanın nəyə lazım olduğunu izah edə bilməyib. Bundan sonra onun İranı tərk etməsi tələb olunub və MAQATE-nin əməkdaşı Vyanaya qayıdıb.

İranın MAQATE-dəki təmsilçisi Kazım Qəribapadi qurumun rəhbərliyinə bu barədə yazılı məlumat verib və bu məsələnin araşdırılmasını tələb edib/Azərtac.