XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2019 - 22:02

ABŞ Türkiyəni növbəti dəfə sanksiya ilə təhdid etdi:"Bunu Ərdoğana şəxsən Trampın özü deyəcək"

ABŞ Türkiyəni növbəti dəfə sanksiya ilə təhdid edib.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Ağ Ev-dən bu gün yayılan açıqlamada məlumat verilib.

Bildirilib ki, Türkiyə Rusiyadan aldığı S-400 raketlərindən imtina etməzsə, o zaman ABŞ sərt sanksiya tətbiq edəcək: “ABŞ buna hazırdır”.

Bu açıqlamadan sonra ABŞ Prezidentinin Beynəlxalq təhlükəsizlik üzrə müşaviri Robert Obriyen CBS telekanalının canlı yayımında qonaq olub.

O, ABŞ Konqresinin S-400-lərdən vaz geçməyəcəyi təqdirdə, Türkiyəyə sanksiya tətbiq etməyə hazır olduğunu təsdiqləyib: “Əlbəttə, ABŞ S-400-lərin alınmasından çox narahatdır. Və bu məsələ Ərdoğanın noyabrın 15-də Vaşinqtona ziyarətində də açıq deyiləcək. Bunu Tramp şəxsən ona çatdıracaq”.