XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2019 - 22:23

Rəsmi Tehran Ərdoğanın “Aksiyalar İrana sirayət edə bilər” xəbərdarlığı ilə razılaşdı:"O, bu "gizli əlləri" görüb"

Türkiyə Prezidenti Ərdoğanın “İraqdakı aksiyalar İrana sirayət edə bilər” xəbərdarlığına rəsmi Tehran reaksiyasız qalmayıb.

Strateq.az İSNA-ya istinadla bildirir ki, İran XİN sözçüsü Seyid Abbas Musəvi Ərdoğanın sözlərini təsdiq etməklə yanaşı, ona təşəkkür də edib: “Cənab Ərdoğanın bu sözləri yerində və vacib bir xəbərdarlıqdır. Çünki bəzi gizli əllər həqiqətən İslam ölkələrində ixtilaf, qarışıqlıq salmaq istəyirlər. Ərdoğan da bu “gizli əlləri” doğru görüb. Bu, bir xəbərdarlıqdır, bu səbəbdən onu təqdir edirik”.

Xatırladaq ki, Türkiyə Prezidenti Ərdoğanın ötən gün İraqdakı qarşıdurmalardan danışıb. O bildirib ki, “İraqdakı aksiyaların arxasında kimlərin durmasını təxmin edirik. Təbii ki, bunun İrana sirayət etmə nöqtəsindəki vəziyyəti də təxmin edirik. Məqsəd İslam dünyasını bölmək, parçalamaq, bir-birinə düşürməkdir”.