XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 17:14

“Tezliklə “Qazprom”la memorandum imzalayacağıq” – [color=red]Kaxa Kaladze

"Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlarımız davam edir və biz tezliklə bu şirkət ilə razılaşma memorandumunu imzalayacağıq".

Bunu apa.az-ın Gürcüstan müxbirinə açıqlamasında bu ölkənin baş nazirinin birinci müavini, Energetika naziri Kaxa Kaladze deyib.

O, "Qazprom" ilə razılaşma memorandumunun imzalanma vaxtının hələ müəyyən olunmadığını, amma imzalanmanın tezliklə baş tutacağını bildirib.

K.Kaladze "Qazprom" şirkəti ilə Gürcüstan hakimiyyəti arasında heç bir problem olmadığını bildirib:

"Bizim aramızda heç zaman problem olmayıb, amma müəyyən edilmiş memorandum var ki, biz hər il onu yeniləyir və imzalayırıq".

K.Kaladze əlavə edib ki, 2016-cı ildə Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsinə başlanılacaq. Onun sözlərinə görə, qaz anbarını Gürcüstan öz maliyyəsi hesabına tikir və Azərbaycan da bu layihəyə qoşulacaq:

"Azərbaycan tərəfinin də bu layihədə iştirak etməkdə marağı var. Layihənin maliyyəsi ilə bağlı bəzi məqamlara tezliklə aydınlıq gətiriləcək".

Gürcüstanın Energetika naziri Bakıya işgüzar səfərindən razı qaldığını qeyd edib.