Bu gün Məhkəmə-Hüquq Şurası növbəti iclas keçirib.
Strateq.az Şuraya istinadla bildirir ki, iclasda qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib: “Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb”.