XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 19:37

Azərbaycan Krımla bağlı BMT-dəki səsvermədə niyə iştirak etməyib? –XİN açıqladı

“Bu ilin noyabrın 14-də BMT-nin üçüncü komitəsi çərçivəsində səsverməyə çıxarılan “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” adlı qətnamənin bəzi müddəaları Azərbaycanın xarici və daxili siyasəti ilə bağlı mövqeyinə uyğun gəlmədiyindən ölkəmiz səsvermədə iştirak etməyib”.

Strateq.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.

O bildiirb ki, bununla yanaşı, iclas zamanı Azərbaycan nümayəndəsi çıxış edərək ölkəmizin Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, siyasi müstəqilliyi, birliyi və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib: “Ukrayna ərazisindəki münaqişələrin Ukraynanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq həll edilməli olduğunu səsləndirib”.