XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2019 - 10:20

İraq İranla sərhəd keçidini bağlayıb –Etiraz aksiyalarına görə

Bağdad etiraz aksiyaları səbəbindən İranla sərhəddəki Şalamçe cənubi sərhəd keçid məntəqəsini piyadaların gediş-gəlişinə bağlayıb.

Bu barədə “Sky News Arabia” iranlı diplomatlara və adları məxfi saxlanılan iraqlı təhlükəsizlik xidməti əməkdaşlarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, keçidin bağlanmasını Tehran xahiş edib. Qadağa yalnız piyada insanlara şamil edilir, yük daşınmaları üçün sərhəd açıqdır.

Qeyd edək ki, İranda benzinin qiymətinin qalxmasına görə, etiraz aksiyaları keçirilir. Bildirilir ki, aksiyalar zamanı bir nəfər ölüb. İraqda da bir neçə həftədir ki, həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə hökumət əleyhinə aksiyalar davam edir. Bu aksiyalarda ölənlər və yaralananlar olub. /APA