XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

19 Noyabr 2019 - 13:44

Əli Hüseynli MM-də:“Cinayət işlərində məhkəmə ekspertizasını yanlız dövlət həyata keçirəcək”

“Cinayət işlərində məhkəmə ekspertizası yalnız dövlət tərəfindən həyata keçiriləcək”.

Bunu Milli Məclisin plenar iclasında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli deyib ki, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin araşdırılması vacibdir: “Bu qanun layihələrinin qəbul edilməsi özəl məhkəmə ekspertizası institutunu yaratmağa imkan verəcək. Bu qanun layihəsi dövlət başçısının fərmanının icrası ilə bağlıdır. Bu qanun layihələrinin 2020-ci il yanvarın 1-də qüvvəyə minməsi nəzərdə tutulub. Ona görə də deputatları qanun layihəsinə səs verməyə çağırıram”.

APA