XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2019 - 16:26

Prezident İlham Əliyev icra başçısını təltif etdi, bir qrup şəxsə təqaüd ayırdı –Sərəncam

Prezident İlham Əliyev bu gün daha bir neçə sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

***

Prezidentin digər sərəncamı ilə Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Babayeva Ofelya Hacıməmməd qızı

Quliyev Təbrik Müzəffər oğlu

Maxsudov Maxsudəli Abbas oğlu

Şəfiyev Əşrəf Cavad oğlu.