XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

21 Noyabr 2019 - 17:45

ELMİRA SÜLEYMANOVA VƏZİFƏSİNDƏN GETDİ –3 xanımın Ombudsman postuna namizədliyi irəli sürüldü + ADLAR

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) namizədliyi məsələsi müzakirəyə çıxarılacaq.

Strateq.az xəbər verir ki, bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə ƏliyevaKonstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədlikləri irəli sürülüb.

Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq.

MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Siyahıdan görünür ki, hazırkı Ombudsman Elmira Süleymanovanın namizədliyi irəli sürülməyib.

Qeyd edək ki, o, bir müddət əvvəl istefası ilə bağlı Prezidentə müraciət etdiyini açıqlasa da, sonradan bu xəbəri təkzib etmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.