XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2019 - 20:34

Bələdiyyə üzvlüyünə namizədlərin sənədlərini DSK-lara təqdim etməsi üçün verilən müddət başa çatıb

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi ilə bağlı ayrılan müddət başa çatıb.

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin qeydə alınması üçün müəyyən olunan müddət 2019-cu il noyabrın 22-si saat 18:00-da sona çatıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.