XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2019 - 23:18

PUTİN MEHRİBAN ƏLİYEVAYA “DOSTLUQ” ORDENİNİ TƏQDİM ETDİ –FOTO

Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir.

Rusiya prezidenti V.Putin Mehriban Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib. Rusiya prezidentinin sözlərinə görə, ordenin adı məhz Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan münasibətləri üçün gördüyü işləri əks etdirir. Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya prezidentinin onu əsl dost adlandırmasını qürur hissi ilə qarşıladığını bildirib. (APA)