XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2019 - 23:50

Azərbaycanlı jurnalistlər Ermənistan və işğal olunmuş Qarabağda –FOTO

Xəbər verildiyi kimi, 17-21 noyabr tarixlərində bir qrup Azərbaycan jurnalisti Ermənistana və işğal olunmuş Qarabağa səfər edib.

Strateq.az xəbər verir ki, səfər ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin koordinasiyası ilə təşkil olunub və həyata keçirilib.

Azərbaycandan Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Yolçuyev gedib.

Onlar doğma torpağımızda çəkilən şəkil də paylaşıblar.

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilən səfər zamanı 3 erməni jurnalisti də Azərbaycana gəliblər.

Onlar “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və separatçı rejimin “İTV”-nin əməkdaşı Edqar Elbakyan olub.