XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2019 - 15:21

“Əli İnsanovun yaratdığı partiyada təmsil olunmuram” –Milli Qəhrəman anası açıqlama yaydı

Milli Qəhrəman anası Qalibə Budaqova Əli İnsanovun yaratdığı partiyada (Haqq və Ədalət Partiyası) təmsil olunması ilə bağlı məlumatı təkzib edib.

Strateq.az xəbər verir ki, o, bu məlumatın yalan olduğunu bildirib: “Heç bir partiyanın, yaxud heç bir partiyanın Təşkilat Komitəsinin üzvü olmamışam. Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm, mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar!”.

Xatırladaq ki, ötən gün Əli İnsanovun feysbuk-dakı səhifəsində yayılan məlumatda Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqovanın adı Haqq Ədalət Partiyasının təşkilat komitəsinin 15 nəfərlik üzvlərin siyahısınnda hallanıb.