“Gömrük Komitəsinin ləğv olunması bizim səlahiyyətimizdə deyil”.
Strateq.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, Gömrük Komitəsinin ləğvini ölkə prezidenti məsləhət bilməyib: “Görünən odur ki, cənab Prezident son islahatlarda məsləhət görməyibsə, komitənin ləğvindən söhbət gedə bilməz”.