XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2019 - 22:00

Müdafiə Nazirliyi:"Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”

“Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və  dezinformasiya xarakteri daşıyır”.

Strateq.az xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, görünür, son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır: “Digər tərəfdən isə həmişə olduğu kimi, Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”.