XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2019 - 13:40

ATƏT sədrindən Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə reaksiya:Bu, münaqişənin həllinə töhfə verəcək"

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə münasibət bildirib.

Bakıda səfərdə olan ATƏT sədri jurnalsitlərə açıqlamasında bunun müsbət addım olduğunu, etimadı artırdığını, ab-havanı yaxşılaşdırdığını və gərginliyi azaltdığını deyib.

O hesab edir ki, bu, siyasi həll üçün yol açacaq: “Bildiyiniz kimi, Slovakiya bu il ATƏT-ə sədrlik edir. Biz, əlbəttə ki, vəziyyətin inkişafını yaxından izləyirik. İnanıram ki, Slovakiyanın sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək”.

Report