XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2019 - 13:44

Lavrov Bakıda:"Rəsmi Moskva Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən nəticə gözləyir"

“Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə çox zəngin və ətraflı söhbət etdik. Prezidentlərimizin münasibətlərimizi belə səviyyədə müəyyənləşdirməsi çox yaxşıdır”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya etdiyi səfər səmərəli olub.

“Hökumətlərarası iqtisadi komissiyanın işi müzakirə edildi. Altı komissiya yaradılacaq, o cümlədən innovasiya və texnologiya üzrə”, – rusiyalı nazir bildirib.

S.Lavrov həmçinin rəsmi Moskvanın Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözlədiyini vurğulayıb.

“Humanitar sahədə nümunəvi əməkdaşlıq qurulub. Gələn il Rusiyada Azərbaycan Günlərini keçirməyi planlaşdırırıq. Azərbaycanda rus dilinin inkişafı və tədrisi üçün minnətdarıq. Azərbaycanda rus dilində təhsilə tələbatın necə yüksək olduğunu görürük. Eyni zamanda bu gün Rusiya universitetlərində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır, onlardan mindən çoxu Rusiya hökumətinin xətti ilə oxuyur”, – S.Lavrov diqqətə çatdırıb/Report.