Bu gün Prezident İlham Əliyev iki rektorla bağlı sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin olunub.
Başqa bir sərəncama görə, Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.