XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 December 2019 - 15:19

PREZİDENT DEPUTATA YENİ VƏZİFƏ VERDİ –İki rayona icra başçısı təyin olundu

Bu gün Prezident İlham Əliyev bir sıra icra başçılarını işdən azad edib, yeni təyinatlar haqda sərəncamlar imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, R.Xəlilov Sabirabadın deputatı idi.

İlham Əliyevin digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.