Nazirlər Kabinetində yeni təyinatlar olub.
Strateq.az xəbər verir ki, bu təyinatlar haqda hökumətin sözçüsü İbrahim Məmmədov məlumat yayıb.
Bildirilib ki, Baş Nazirin sərəncamı ilə Fəxri Yaşar oğlu İsmayılov Baş Nazirin köməkçisi təyin edilib.
Bundan əlavə, Əli Əsədovun digər sərəncamı ilə Feyruz Rəvayət oğlu Mustafayev Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.