XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 09:09

PA rəhbəri Ramiz Mehdiyev Patruşevlə müzakirə aparıb – QƏBUL
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu gün Bakıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə də görüşərək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, R.Mehdiyevlə N.Patruşev milli və regional təhlükəsizliyin təmin edilməsi məqsədilə iki ölkənin Təhlükəsizlik Şurası aparatlarının qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinin vacibliyi məsələsini nəzərdən keçiriblər.
Görüşdə Xəzəryanə ölkələrin əməkdaşlığının gücləndirilməsi məsələsi də müzakirə olunub.