XƏBƏR LENTİ

20 Yanvar 2020
19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 19:02

ATƏT PA-nın prezidenti:“Avropa üçün ağrılı olan Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”

“Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in potensialı böyükdür, lakin təbii ki, siyasi liderlər tərəfindən iradə nümayiş etdirilməlidir”.

Bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli deyib.

O bildirib ki, münaqişənin həllinə yönəlmiş müzakirələr və siyasi liderlər arasında baş tutan görüşlər böyük önəmə malikdir və hər şeydən öncə Cənubi Qafqaz xalqlarının marağına cavab verir.

“ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan XİN başçısı ilə hazırkı hadisələri – qarşıdan gələn növbədənkənar seçkiləri, ATƏT-də Azərbaycanın iştirakını, islahatlar prosesini müzakirə etdik. Azərbaycan və Ermənistanın siyasi liderlərinin, həmçinin XİN başçılarının görüşü məsələsinə gəldikdə isə mən düşünürəm ki, bu görüşlər hər zaman xoş qarşılanmalıdır. Çünki münaqişənin həlli üçün daha çox qarşılıqlı başadüşmə olmalıdır, bu, münaqişənin sülh yolu ilə həlli üçün vasitədir. Düşünürəm ki, onillər öncə meydana çıxan və bütün Avropa üçün ağrılı olan bu münaqişə həll edilməlidir. Hər şeydən öncə Cənubi Qafqaz xalqları, Azərbaycan və Ermənistanın münaqişənin həllində maraqlıdırlar. Bu görüşlərin dəyəri var və tamamilə əminəm ki, bu kontekst çox vacibdir”, – deyə ATƏT PA-nın prezidenti qeyd edib. (apa)