“Türkiyə və Azərbaycan arasındakı dostluq sonsuzdur”.
Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Heydər Əliyevin mirasının Azərbaycanda yaşadılması, onun ölkənin tərəqqisinə yönəldilən siyasətinin davam etdirilməsi çox sevindiricidir: “Türkiyə və Azərbaycan dövləti və xalqları güclüdür və birlikdədir. Bu, gələcəkdə də belə olacaq. Bütün dost və düşmənlər də bunu bilməlidirlər”.
Report