XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

17 Dekabr 2019 - 16:14

Mehriban Əliyeva Zelenskinin xanımı ilə görüşüb:"Bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır" + FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı AZƏRTAC yayıb.

Çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirib.

Mehriban Əliyeva qeyd edib ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.

Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.