XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Dekabr 2019 - 19:00

Zelenski mühafizəçilərsiz oyuncaq mağazasında –Bakıda + FOTO

Bakıda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski uşaqlarına oyuncaq almaq üçün mühafizəçilərin müşaiyəti olmadan oyuncaq mağazasına gedib.

Virtualaz.org xəbər verir ki, bu barədə foto zelenskiy.office İnstagram səhifəsində yer alır.

Qeyd olunur ki, Ukrayna dövlətinin başçısı Bakıdakı “Oyuncaq evi” mağazasına daxil olub və uşaqlarına hədiyyə alıb.

“Qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq Ukrayna prezidenti oyuncaq evində öz uşaqlarına hədiyyə seçir. Onlarla mühafizəçi, müşaiyət edənlər və digər atributlar olmadan…”, – fotoya yazılan şərhdə deyilir.

Qeyd edək ki, Zelenskinin Bakıda rəsmi proqramı artıq başa çatıb, Ukrayna prezidentinin bu saatlarda öz ölkəsinə yola düşəcəyi gözlənilir.