XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2019 - 17:24

Milli Uşaq Strategiyasının layihəsi hazırlanıb –Dövlət Komitəsi

Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanıb.

Bu barədə Dövlət Komitəsinin ilin yekunları ilə bağlı hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir və bu istiqamətdə beynəlxalq sənədlərə Azərbaycanın qoşulması istiqamətində tədbirlər görülməkdədir.