XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 14:28

“Əlimizdən gələni etmişik ki, heç bir problem olmasın” –Məzahir Pənahov

“Seçki məntəqələri seçkilərin ən yüksək səviyyədə keçirilməsinə hazırdır. Son günlərdə bütün ölkə üzrə 5049 məntəqənin hamısı yoxlanılıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu seçkilərdə yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması ilk dəfə həyata keçirilir.

MSK sədri bildirib ki, hər hansı çatışmazlığın olmaması üçün araşdırma aparılıb: “Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı hələ ki, heç bir şikayət daxil olmayıb. Bizim hesablamalarımıza görə, heç bir problem çıxmamalıdır. Məlumatların oxunması üçün seçki dairələri və məntəqələrinə göndərilən qurğulardan istifadə çox sadədir. Ona görə ondan istifadə ilə bağlı heç bir problem ola bilməz. Amma seçkidə müəyyən maraqlı tərəflər olduğu üçün (bu dünyanın bütün yerlərində belədir) onlar müəyyən halları şişirdə bilərlər. Əlimizdən gələni etmişik ki, bu qurğuların istifadəsi ilə bağlı heç bir problem olmasın. Gəldiyimiz nəticə ondan ibarətdir ki, Azərbaycan seçicisinin öz Konstitusiya hüquqlarının həyata keçirilməsi üçün hər bir şərait yaradılıb”. (report)