XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

23 Dekabr 2019 - 20:43

Bələdiyyə seçkilərində seçici fəallığı –MSK son nəticəni açıqladı

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 32,72 faiz təşkil edib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi xəbər verir.

Belə ki, saat 19:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 1 627 064 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edib.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.