XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2019 - 12:19

“Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil verilməlidir” –İcma rəhbəri

“Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan tərəfinə təhvil verilməlidir”.

Bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı Azərbaycan dövlətinin və Xarici İşlər Nazirliyinin konkret mövqeyi var: “Hamının-hamıya prinspi tətbiq olunmalı və girovluqda saxlanılan şəxslər dəyişdirilməlidir. Bu da beynəlxalq humanitar hüququn prinspidir. Qaldı ki, onların ailə üzvləri ilə görüşü, səfərlərlə bağlı məsələlərinə biz Dilqəm və Şahbazın girovluqdan azad olunmasını və ailə üzvlərinə qovuşmasını istəyirik. Buna görə də Ermənistanın işğalçı qoşunları onları azad etməlidir. Çünki həmin şəxsləri iradəsinin əleyhinə saxlayırlar və dədə-baba torpaqlarına getdiklərinə görə, qanunsuz həbs ediblər. Əsas məsələ odur ki, Dilqəmlə Şahbaz azad olunmalıdır. Bununla bağlı Azərbaycan dövləti bütün tədbirlər həyata keçirir, biz də iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə bu məsələləri qaldırırıq”.