XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2019 - 16:45

Parlament seçkiləri:17 siyasi partiyanın cəmi 293 namizədi var, 56 nəfər isə geri çəkilib

Növbədənkənar parlament seçkilərinə qatılan 1611 nəfərdən 56 nəfəri seçkidə iştirakını dayandırıb.

Strateq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb, 124 nəfəri qaytarıb, 16-ı isə qeydə alınb. 56 nəfər isə seçkilərdə iştirakını dayandırıb”.

MSK sədrinin sözlərinə görə, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb.