XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Dekabr 2019 - 12:23

“Ümid edirik ki, Avropa Məhkəməsi tezliklə Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı mövqeyini açıqlayacaq” –XİN başçısı

“Azərbaycan beynəlxalq humanitar hüququn normalarını rəhbər tutaraq əsir və girov götürülmüş mülki şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi təklifi ilə çıxış edib”.

Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair bir neçə KİV-in suallarını cavablandırarkən deyib.

“Ermənistan tərəfi isə mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Artıq 5 ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılır, həm də işğal olunmuş ərazilərimizdəki qanunsuz rejimin qurama “məhkəmə qərarı” ilə. Ermənistan tərəfinin “cinayətkar” kimi qələmə verdiyi bu şəxslər, Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına gediblər; əgər öz doğma evlərinə getmək cinayətdirsə, o zaman bu insanları yaşadıqları torpaqlardan qovub onları fundamental hüquqlarından məhrum etmək nədir?!

Bilirsiniz, Ermənistan tərəfi artıq anlamalıdır ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqları bərpa olunmadan və bu insanlar öz evlərinə geri qayıtmadan münaqişənin həlli istiqamətində irəliləyiş mümkün deyil. Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Ermənistanın işğalçı tərəf kimi məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib. Qeyd etmək istərdim ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət ediblər və Azərbaycan Hökuməti də bu işdə iştirak edir. Ümid edirik ki, Məhkəmə tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq”, – XİN başçısı vurğulayıb. (report)