XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2020 - 15:05

125 nəfərin deputatlığa namizədliyi qeydə alınıb –Məzahir Pənahov

“Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2145 nəfər müraciət edib”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “15 nəfər təşəbbüs qrupları tərəfindən, 1673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 1954 nəfərinin namizədliyi artıq təsdiq olunub:

“Onlardan 1747 nəfəri isə imza vərəqələrini artıq götürüb, 381 nəfəri qaytarıb, 125-i isə qeydə alınıb”.