XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 January 2020 - 19:45

Elmar Məmmədyarov Cavad Zərifə zəng etdi –Generalın öldürülməsi müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran İslam Respublikasının xarici işlər naziri Cavad Zərif telefonda müzakirə aparıblar.

Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Məlumata görə, Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb.

E.Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.