XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 January 2020 - 22:15

İRAQ ABŞ HƏRBÇİLƏRİNƏ QADAĞA QOYDU:"Bundan sonra Baş Nazirin razılığı olmadan heç bir əməliyyat keçirə bilməyəcəklər"

İranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra İraq ölkə ərazisində olan ABŞ ordusunun sərbəst hərbi əməliyyat keçirmələrinə rəsmi məhdudiyyət tətbiq edib.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, bu barədə İraqın Baş Naziri Adil Abdulmehdinin hərbi məsələlər üzrə sözçüsü, general Abdulkərim Hələf açıqlama yayıb.

O bildirib ki, bu gündən ABŞ, o cümlədən ABŞ öncülüyündəki İŞİD-ə qarşı koalisyon qüvvələrinə Iraqın Baş Naziri Adil Abdülmehdinin razılığı olmadan ölkə ərazisində əməliyyat keçirmələrinə icazə verilməyəcək: “Təkrar edirik, bundan sonra Baş Nazirin razılğı olmadan ABŞ hərbçiləri ərazilərimizdə hər hansı bir əməliyyat apara bilməyəcək”.

General NATO-nun İraq əsgərlərinə keçdiyi hərbi təlimi dayandırmasına da cavab verib: “Silahlı qüvvələrimizə təlim vermək üçün alternativ yollarımız var”.

Strateq.az