XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

05 Yanvar 2020 - 11:07

Tramp bu dəfə İranı 2 trilyon dollarlıq yeni silahla hədələdi:"Yeni hərbi texnikanı onlar tərəfə göndərəcəyik”

ABŞ Prezidenti Donald Tramp İran hücum edəcəyi təqdirdə bu ölkəni 2 trilyon dollar xərc sayəsində başa gəlmiş yeni silahla vurmaqla hədələyib.

D.Tramp bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp ABŞ-ın digər ölkələrlə müqayisə olunmayacaq hərbi gücə malik olduğunu vurğulayıb: “Əgər İran ABŞ hərbi bazalarına, yaxud istənilən amerikalıya hücum etsə, biz tərəddüdsüz yeni hərbi texnikanı onlar tərəfə göndərəcəyik”.

Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. /APA