XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2020 - 00:37

Ruhanidən İraq parlamentinin qərarına dəstək:"ABŞ qoşunlarının ölkədən çıxarılması sabitləşmənin başlanğıcıdır"

İraq parlamentinin ABŞ qoşunlarının ölkə ərazisindən çıxarılması zərurəti haqqında qərarı regionda sabitləşmənin başlanğıcıdır.

“RİA Novosti” xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani iraqlı həmkarı Berham Salehi ilə telefon danışığının gedişatında bildirib.

“İraq parlamentinin Amerika hərbi qüvvələrinin ölkə ərazisindən çıxarılması qərarı regionda sabitləşmənin və daha təhlükəsiz vəziyyətin yaradılmasının başlanğıcıdır”, – İran prezidenti deyib.

Dövlət başçısı bu qərarı əhəmiyyətli adlandırıb.

Qeyd edək ki, İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına səs verib. Qanunverici orqan eyni zamanda İŞİD-lə mübarizə üzrə koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasını bəyənib. Bununla da parlament xarici qoşunların ölkə ərazisindən çıxarılmasını dəstəkləyib.

Report