XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2020 - 15:49

Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edilib –Sərəncam

Prezident İlham Əliyev Əhməd Əhmədzadənin “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Ə.Əhmədzadə 1945-ci ilin yanvarın 7-də Qax rayonunun Qaxqumlağ kəndində anadan olub. Sabah onun 75 illik yubileyidir.