NATO-nun Baş katibi Jens Stoltenberq iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı daha bir açıqlama verib.
Strateq.az xarici mətbuata istinadla bildirir ki, o, Süleymaninin öldürülmə planının NATO-nun olmadığını deyib: “Süleymaninin öldürülməsi NATO-nun deyil, ABŞ-ın tərcihi idi”.
Baş katib onu deyib ki, İran gərginliyi artıracaq addımlardan qaçmalıdır.