XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2020 - 22:07

AŞPA Azərbaycana 30 müşahidəçidən ibarət heyət göndərəcək – Parlament seçkiləri ilə bağlı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) seçkiləri müşahidə etmək üçün Azərbaycana 30 müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.

Bu barədə  AŞPA-dan bildirilib.

Məlumata görə, Assambleya fevral ayında Azərbaycan üzrə iki həmməruzəçi ilə birlikdə AŞPA-dakı bütün beş siyasi qrupu təmsil edən 30 üzvdən ibarət müşahidə heyətini Azərbaycana göndərəcək. Nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda səfərdə olacaq.

AŞPA-dan verilən məlumata görə, müşahidəçilərdən ibarət daha kiçik nümayəndə heyəti isə seçkidən əvvəl seçkiqabağı mühiti müşahidə etmək üçün Azərbaycana səfər edəcək/APA.