“ABŞ hərbçilərinin İraqdan çəkilməsi ilə bağlı məktub almışıq”.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Adil Abdulmehdi açıqlama verib.
O bildirib ki, Vaşinqtondan ABŞ qoşunlarının İraqdan çəkilməsi ilə bağlı məktub alıblar: “Ancaq məktubun ingilis və ərəb variantlarında fərqliliklər var. O üzdən vəziyyətin dəqiqləşdirilməsinə ehtiyac var”.
Xatırladaq ki, bu gün ABŞ qoşunlarının İraqdan çıxarılması haqda xəbər yayılsa da, Pentaqon bunu təkzib etmişdi.
Onu da qeyd edək ki, iranlı general Qasım Süleymaninin öldürülməsindən iki gün sonra İraq parlamenti ölkə ərazisində mövcud olan xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılması və onların, xüsusi ilə ABŞ hərbçilərinin ölkədən çıxarılmasına qərar verib.
Strateq.az