XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Yanvar 2020 - 10:36

ABŞ BMT-yə məktub yazdı:"İlkin şərt olmadan İranla ciddi danışıqlara başlamağa hazırıq"

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymaninin öldürülməsini özünümüdafiə hüququ ilə izah edib.

Bu barədə “Reuters” agentliyi sənədin mətninə əsasən məlumat yayıb.

O məktubda yazıb ki, ABŞ beynəlxalq sülh və təhlükəsizliyə gələcək təhdidlərin və ya İran tərəfdən vəziyyətin gərginləşdirilməsinin qarşısını almaq üçün heç bir ilkin şərt olmadan İranla ciddi danışıqlara başlamağa hazırdır.

Məktubda ölkələri özünümüdafiə üçün həyata keçirilən hərbi əməliyyatlar barədə Təhlükəsizlik Şurasına dərhal məlumat verməyi məcbur edən BMT Nizamnaməsinin 51-ci maddəsinə toxunulur.

“ABŞ personalını və maraqlarını qorumaq üçün lazım gələrsə, bölgədə əlavə tədbirlər görməyə hazırıq”, – agentlik sənədin mətnindən sitat gətirib/Report.